Azərbaycanın ən yaşlı seçicisinin 123 yaşı var

Daxili siyasət
  • 26 may, 2017
  • 12:41
Azərbaycanın ən yaşlı seçicisinin 123 yaşı var
MSK sədri Məzahir Pənahov
Report

Bakı. 26 may. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Azərbaycanın ən yaşlı seçicinin yaşını açıqlayıb.

“Report”un xəbərinə görə, M.Pənahov deyib ki, Azərbaycanda ən yaşlı seçicisi Bərdə rayon sakini 1894-cü il təvəllüdlü Allahverdiyeva Səmərqədir. Onun 123 yaşı var.

MSK sədri qeyd edib ki, ökədə 90-99 yaş arası seçilərin sayı 9245, 100 və 100-dən yuxarı yaşı olan seçicilərin sayı 407 nəfərdir.