Azərbaycanda vəkillərin sayı açıqlanıb
Daxili siyasət
- 13 mart, 2026
- 10:33
Azərbaycanda hazırda 2 867 vəkil fəaliyyət göstərir.
"Report" xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkilliyə qəbul olan yeni namizədlərin təntənəli andiçmə mərasimində deyib.
Anar Bağırov qeyd edib ki, bu gün and içərək Kollegiyaya üzv qəbul olunmaq üçün daha 50 namizəd qatılıb:
"Yeni qəbul olunan namizədlərdən 35 nəfəri kişi, 15 nəfəri qadındır. Onlardan 6 nəfəri regionlarda, 44 nəfəri isə paytaxtda fəaliyyət göstərəcək".
Kollegiya sədri bildirib ki, 2018-ci ildən etibarən vəkilliyə qəbul prosesi daha da genişləndirilib və bu müddət ərzində ümumilikdə 16 test imtahanı keçirilib, həmin imtahanlarda 6 893 namizəd iştirak edib.
Son xəbərlər
20:48
Premyer Liqanın V turunda "Sabah" "Şəfa"ya qalib gəlib
Futbol20:38
Azərbaycanın çimərlik güləşi millisi Dünya Seriyasının final mərhələsinə hazırlığa başlayıb
Fərdi20:23
Aİ yekun qərarın qəbul edilməsi üçün Rusiyaya qarşı sanksiyaların müddətini bir həftə uzadıb
Digər ölkələr20:14
"Sülh Körpüsü" Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pisləyib
Xarici siyasət20:04
Bakının Yasamal rayonunun bəzi ərazilərində qaz təchizatında qısamüddətli fasilə olacaq
Energetika20:01
Azərbaycanın U-19 millisi yoldaşlıq oyununda Moldovaya uduzub
Futbol19:50
Azərbaycan Vyetnamdan ananas idxalını bərpa edib
ASK19:50
Tramp: İran ABŞ ilə tez bir zamanda razılaşma bağlamaq istəyir
Digər ölkələr19:44