Azərbaycanda sabahdan 11 günlük tətil başlayır
Daxili siyasət
- 19 mart, 2026
- 11:08
Azərbaycanda sabahdan başlayaraq şənbə və bazar günləri də daxil olmaqla ardıcıl 11 günlük bayram tətili başlayır.
"Report" xəbər verir ki, bu il Novruz və Ramazan bayramlarının eyni tarixlərə təsadüf etməsi səbəbindən qeyri-iş günlərinin sayı artıb.
Belə ki, martın 20-24-ü Novruz bayramı günləridir. Bu tarixlərdən 21 və 22-si şənbə və bazar günlərinə düşdüyü üçün Əmək Məcəlləsinə əsasən, 25 və 26 mart da qeyri-iş günü hesab olunur.
Bundan əlavə, Ramazan bayramı günlərinin də qeyri-iş günləri ilə üst-üstə düşməsi səbəbindən növbəti iş günləri – 27 və 30 mart tarixləri də istirahət günü elan edilib.
Martın 31-i isə bayramdan sonra ilk iş günü hesab edilir.
Son xəbərlər
12:45
İran Avstriyanın vitse-prezident Eslami üçün viza verməkdən imtinasına etiraz edib
Digər ölkələr12:34
Sabahdan Bakı metrosunda intervallar azaldılır
İnfrastruktur12:31
Pan-Afrika Parlamentinin sədri Azərbaycana səfər edəcək
Digər ölkələr12:30
Azərbaycan qiymətli daşlarla bağlı yeni dövlət standartları qəbul edib
Biznes12:29
Foto
Ağcabədidə mövsümün ilk Toxum Sərgi-Satış Yarmarkası keçirilib
ASK12:25
Maliyyə nazirinə yeni müşavir təyin edilib
Maliyyə12:24
Azərbaycanın güləş referisi Samil Fəttayev: "Məqsədim ən azı I dərəcəyə yüksəlməkdir"
Fərdi12:19
Foto
İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olunub
Xarici siyasət12:16