Azərbaycanda gənclər tədbirlərinə ayrılan vəsaitlərin xərclənməsi qaydaları təsdiqlənib

Daxili siyasət
  • 30 oktyabr, 2026
  • 13:22
Azərbaycanda gənclər tədbirlərinə ayrılan vəsaitlərin xərclənməsi qaydaları təsdiqlənib

Nazirlər Kabineti vahid təqvim planına uyğun olaraq keçirilən ölkə və beynəlxalq səviyyəli gənclər tədbirləri üçün vəsaitlərin xərclənməsi qaydalarını təsdiqləyib.

"Report" xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərarın icrası ilə bağlı tələb olunan xərclərin maliyyələşdirilməsi dövlət büdcəsində Gənclər və İdman Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.