Azərbaycanda elektron qolbaq daşıyan qadın məhkumların sayı açıqlanıb

Daxili siyasət
  • 06 mart, 2019
  • 09:37
Azərbaycanda elektron qolbaq daşıyan qadın məhkumların sayı açıqlanıb

Bakı. 6 mart. REPORT.AZ/ Azərbaycanda elektron qolbaq daşıyan məhkumların sayı açıqlanıb.

Ədliyyə Nazirliyindən “Report”a bildirilib ki, hazırda ölkədə 932 məhkuma elektron qolbaq tətbiq edilib.

Həmin məhkumlardan 26-sını qadınlar təşkil edir.

Qeyd edək ki, Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə cəza siyasətinin humanistləşdirilməsi, o cümlədən bəzi əməllərin dekriminallaşdırılması ilə əlaqədar məhkəmələr tərəfindən 6000-ə yaxın məhkum haqqında sənədlərə baxılaraq təmin edilib.