Azərbaycanda avtomobillərin ön şüşəsinə texniki baxış talonunun vurulması ləğv edilib

Daxili siyasət
  • 22 oktyabr, 2018
  • 07:33
Azərbaycanda avtomobillərin ön şüşəsinə texniki baxış talonunun vurulması ləğv edilib

Bakı. 22 oktyabr. REPORT.AZ/ Azərbaycanda daimivə ya müvəqqəti qeydiyyatda olan, mülkiyyət formasından asılı olmayaraq bütünmexaniki nəqliyyat vasitələrinin və qoşqularının (yarımqoşqularının) dövləttexniki baxışı barədə talon elektron qaydada veriləcək.

“Report”xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Nəqliyyat vasitələrinə vəonların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqındanümunəvi Əsasnamə”də dəyişiklik edib.

Əsasnaməyə əsasən, nəqliyyat vasitələrində nasazlıqlaraşkar edildikdə nəqliyyat vasitəsinin sahibinə həmin nasazlıqlar barədəbildiriş verilir. Bildirişdə qeyd edilən nasazlıqlar təkraraşkar edilərsə həmin nasazlıqlar aradan qaldırılmayanadək nəqliyyat vasitəsinintexniki baxışdan keçməsi barədə elektron talon tərtib olunmur.

Nasazlıqlar aradan qaldırıldıqdansonra nəqliyyat vasitəsinin həmin hissələrinə yenidən texniki baxış keçirilir.

Yeniliyə əsasən, bildirişdə qeyd edilən nasazlıqlar müəyyən edilmədikdə Daxili İşlərNazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi vasitəsilənəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon tərtibolunur.

Daxili İşlər Nazirliyinin Baş Dövlət YolPolisi İdarəsinin mərkəzi informasiya sistemi nəqliyyat vasitəsinin texnikibaxışdan keçirilməsi barədə elektron talon tərtib olunduğu anda onu dərhalelektron qaydada Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalarüzrə Dövlət Agentliyinin “ASAN ödəniş” sisteminə göndərir. “ASAN ödəniş”sistemi texniki baxış haqqında elektron talonu hər bir nəqliyyat vasitəsininistifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetəyerləşdirir və onu şəxsin elektron ünvanına (olduğu halda) göndərir. Texnikibaxışdan sonra beynəlxalq sərnişin və yük daşımalarında iştirak edən nəqliyyatvasitələrinin sahiblərinin müraciəti əsasında onlara, həmçinin kağız daşıyıcıdatexniki baxış talonu verilir.

Qeyd edək ki, Əsasnaməyə edilən digər dəyişiklə nəqliyyat vasitələrinin texniki baxışı üçün nəzərdə tutulan müddət məhdudiyyəti götürülüb.

44 - Tezliklə