Azərbaycanda Apellyasiya məhkəmələri hakimlərinin səlahiyyət müddəti artırılacaq

Daxili siyasət
  • 17 oktyabr, 2015
  • 06:20
Azərbaycanda Apellyasiya məhkəmələri hakimlərinin səlahiyyət müddəti artırılacaq

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bakı və Gəncə Apellyasiya məhkəmələri hakimlərinin səlahiyyət müddəti artırılacaq. 

"Report" xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin oktyabrın 20-də keçiriləcək payız sessiyasının sonuncu plenar iclasında müzakirə olunacaq. 

Bakı Apellyasiya Məhkəməsinin hakimləri Namiq Cəfərov, Sənan Hacıyev və Abidin Hüseynovun və Gəncə Apellyasiya Məhkəməsinin hakimi Azad Bayramovun səlahiyyət müddəti oktyabrın 26-da başa çatır. 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi səlahiyyət müddəti bitən hakimlərin yenidən təyin edilməsi məsələsini müzakirə edib və məsələ parlamentin plenar iclasına tövsiyə olunub.