Azərbaycan və Özbəkistan QHT-lər üçün ilk dəfə birlikdə qrant müsabiqəsi elan edilib
- 01 iyul, 2026
- 15:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Özbəkistan Ali Məclisi yanında Vətəndaş Cəmiyyəti İnstitutlarına Dəstək üzrə Dövlət Fondu birlikdə qrant müsabiqəsi elan edib.
Bu barədə "Report"a QHT Agentliyindən məlumat verilib.
Bu gündən müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbulu başlayıb.
Azərbaycan QHT-lərinin sənədlərinin qəbulunu Azərbaycan QHT Agentliyi, Özbəkistan QHT-lərinin sənədlərinin qəbulunu isə Özbəkistanın Vətəndaş Cəmiyyəti İnstitutlarına Dəstək üzrə Dövlət Fondu aparacaq.
Azərbaycan QHT-ləri layihələrini Özbəkistanda, Özbəkistan QHT-ləri isə Azərbaycanda icra etməlidir.
Müraciət üçün son tarix iyulun 30-dur. Sənəd qəbulu bitdikdən sonra QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək, elan ediləcək.