AQTA sədri Sumqayıtda vətəndaşları qəbul edəcək

Daxili siyasət
  • 30 dekabr, 2025
  • 09:28
AQTA sədri Sumqayıtda vətəndaşları qəbul edəcək
Qoşqar Təhməzli

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli yanvarın 19-u saat 10:00-da Sumqayıt şəhərində vətəndaş qəbulu keçirəcək.

Bu barədə "Report"a agentlikdən məlumat verilib.

Bildirilib ki, qəbul Heydər Əliyev Mərkəzində Sumqayıt şəhəri və Abşeron, Qubadlı, Zəngilan rayonlarından olan vətəndaşların iştirakı ilə baş tutacaq.

Vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə [email protected] elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya "1003-Çağrı Mərkəzi" ilə əlaqə saxlayaraq yanvarın 18-dək qəbula yazıla bilərlər.

Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə yanaşı, AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşlar da müraciət edə bilərlər.

Son xəbərlər

Bütün Xəbər Lenti