Anar Bağırov vətəndaş qəbulu keçirib
- 22 noyabr, 2025
- 11:36
Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərliyi ilə vətəndaş qəbulu keçirilib.
Bu barədə "Report"a VK-dan məlumat verilib.
Bildirilib ki, kollegiyanın inzibati binasında baş tutan qəbulda Bakı şəhərindən və respublikanın müxtəlif bölgələrindən gələn vətəndaşların keyfiyyətli hüquqi yardımla bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlər diqqətlə araşdırılıb və hər bir müraciət ayrıca qeydə alınıb.
Qəbul zamanı vətəndaşların üzləşdiyi hüquqi problemlərin həlli yolları ətraflı müzakirə edilib, onlara izahlar, praktiki tövsiyələr və hüquqi məsləhətlər verilib. Eyni zamanda bir sıra məsələlərin operativ həlli üçün tapşırıqlar verilib, araşdırma tələb edən müraciətlər isə nəzarətə götürülərək, aidiyyəti üzrə zəruri tədbirlərin görüləcəyi diqqətə çatdırılıb.