ANAMA işçi axtarır
Daxili siyasət
- 05 iyun, 2023
- 08:15
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərdə paramedik vəzifəsində işləmək istəyənlər üçün sənədlərin qəbulunu elan edib.
Agentlikdən "Report"a bildirilib ki, namizədlər ali və ya orta ixtisas tibb təhsilli olmalı, müvafiq sahədə 1 ilə qədər iş stajı olmalıdır.
Məlumata görə, çalışdığı müddət ərzində işçinin səmərəli fəaliyyətinə görə mükafatların verilməsi nəzərdə tutulub.
Qeyd edilib ki, maraqlananlar aşağıda göstərilən sənədləri career@anama.gov.az ünvanına göndərməlidir.
- müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə;
- şəxsiyyət vəsiqəsinin surəti;
- təhsilə dair sənədlərin surəti (attestat, diplom, sertifikat, arayış və s.);
- əmək kitabçasının surəti.
Məlumatda sənəd qəbulunun cari ilin 30 iyun tarixinədək həyata keçiriləcəyi və seçim zamanı işğaldan azad olunmuş ərazilərdən məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcəyi bildirilib.
Son xəbərlər
07:13
DÇ-2026: Argentina - İsveçrə oyununda əlavə vaxt başlayıb - YENİLƏNİR-6
Futbol07:11
İran ABŞ-nin regiondakı hədəflərinə zərbələr endirib
Region06:44
Dövlət icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyənlər bu gün imtahan verəcəklər
Daxili siyasət06:35
Bu gün abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan verəcəklər
Elm və təhsil06:13
Britaniyada keçmiş deputatın qətlində şübhəli bilinən şəxs saxlanılıb
Digər ölkələr05:42
Britaniyanın konteyner gəmisi Oman sahillərində hücuma məruz qalıb
Digər ölkələr05:26
Norveç millisinin baş məşqçisi Stole Solbakken: "Hazırda yalnız böyük məyusluq hiss edirəm"
Futbol05:13
İranın bir sıra şəhərlərində partlayışlar olub
Region05:04