Ali Məhkəmənin keçmiş hakiminə Konstitusiya Məhkəməsində vəzifə verilib
Daxili siyasət
- 10 dekabr, 2025
- 14:43
Ali Məhkəmənin keçmiş hakimi Tahir Kazımov Konstitusiya Məhkəməsinin Cinayət və inzibati hüquq şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
"Report"un əldə etdiyi məlumata görə, bu barədə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Tahir Lələkişi oğlu Kazımov 7 sentyabr 1957-ci ildə Masallı rayonunda anadan olub. 1981-ci ildən prokurorluq orqanlarında müstəntiq, böyük müstəntiq, Bakı şəhər prokurorluğunda şöbə rəisinin müavini, rayon prokuroru, Baş Prokurorluqda idarə rəisinin müavini, idarə rəisi vəzifələrində işləyib.
2017-ci il 30 iyun tarixindən Ali Məhkəmənin hakimi vəzifəsinə təyin olunub. Bu ilin sentyabr ayında Ali Məhkəmədən təqaüdə göndərilib.
T.Kazımov 3-cü dərəcəli dövlət ədliyyə müşaviridir.
Son xəbərlər
11:22
BP: Azərbaycandakı boru kəmərlərində elektrik təsirinə qarşı yeni qoruma mexanizmləri işə salınır
Energetika11:22
"Ayaks" Bakıdakı oyunda 17 yaşlı futbolçulara start heyətində güvənməklə ilkə imza atıb
Futbol11:19
"Kapital Bank"ın kiberdələduzluqla mübarizə mövzusunda təlimləri davam edir
Maliyyə11:18
Tokayev: Astana və Tehran arasında konstruktiv siyasi dialoq qurulub
Region11:15
Bu ilin ilk 6 ayında Xəzər Tibb Mərkəzinə 90 minə yaxın müraciət daxil olub
Sağlamlıq11:15
Azərbaycanın futzal millisi DÇ-2028-ə əsas mərhələdən başlayacaq
Futbol11:14
Bu il TƏBİB tabeli tibb müəssisələrində üç yeni şöbə fəaliyyətə başlayıb
Sağlamlıq11:11
Mixaylo Podolyak: Zelenski ikinci prezidentlik müddətinə namizədliyini verməlidir
Digər ölkələr11:05