AHİK növbədənkənar qurultay keçiriləcəyi barədə məlumatlara münasibət bildirib

Daxili siyasət
  • 19 aprel, 2022
  • 13:59
AHİK növbədənkənar qurultay keçiriləcəyi barədə məlumatlara münasibət bildirib

"Yaxın günlərdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) qurultayının keçiriləcəyi ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur".

Bunu "Report"a açıqlamasında qurumun Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Akif Təvəkküloğlu deyib.

O bildirib ki, AHİK-in Nizamnaməsinə uyğun olaraq qurumun növbəti qurultayı 2025-ci ilin fevral ayında keçiriləcək.

Qeyd edək ki, AHİK-in sədri deputat Səttar Möhbalıyevdir.