Növbəti köç karvanı Həsənriz kəndinə çatıb, açarlar təqdim edilib – YENİLƏNİB-2

Daxili siyasət
  • 29 oktyabr, 2025
  • 14:05
Növbəti köç karvanı Həsənriz kəndinə çatıb, açarlar təqdim edilib – YENİLƏNİB-2

Növbəti köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb, açarlar sakinlərə təqdim olunub.

"Report"un Ağdərəyə ezam olunan əməkdaşı xəbər verir ki, açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.

Bununla da kəndə köçürülən ailələrin sayı 205-ə (764 nəfər) çatıb.

Növbəti köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb.

"Report"un Ağdərəyə ezam olunan əməkdaşı xəbər verir ki, bu gün rayonun Həsənriz kəndinə ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış 17 ailə (83 nəfər) köçürülür.

Bununla da kəndə köçürülən ailələrin sayı 205-ə (764 nəfər) çatacaq.

Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Həsənriz kəndinə 17 ailənin (83 nəfər) qayıdışı həyata keçirilib.

Bununla da kəndə köçürülən ailələrin sayı 205-ə (764 nəfər) çatacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti