Növbəti köç Həsənriz və Vəngli kəndlərinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB-2
- 20 noyabr, 2025
- 16:25
Ağdərə rayonuna yola salınan növbəti köç karvanları Həsənriz və Vəngli kəndlərinə çatıb, sakinlərə açarlar təqdim olunub.
"Report"un Ağdərəyə ezam olunan əməkdaşı xəbər verir ki, bu köçlə Həsənrizdə məskunlaşan ailələrin sayı 228-ə (857 nəfər), Vəngliyə köçürülən ailələrin sayı isə 100-ə (385 nəfər) çatıb.
Ağdərə rayonuna yola salınan növbəti köç karvanları Həsənriz və Vəngli kəndlərinə çatıb.
"Report"un Ağdərəyə ezam olunan əməkdaşı xəbər verir ki, bu mərhələdə Həsənrizə 22 ailə (92 nəfər), Vəngliyə isə 4 ailə (11 nəfər) köçürülüb.
Ağdərə rayonunun Həsənriz və Vəngli kəndlərinə növbəti köç karvanı yola salınıb.
"Report"un Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Həsənrizə 22 ailə (92 nəfər), Vəngliyə isə 4 ailə (11 nəfər) köçürülür.
Kəndə köçürülənlər ölkənin müxtəlif yerlərində, əsas ən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bununla Həsənrizdə məskunlaşan ailələrin sayı 227-ə (856 nəfər), Vəngliyə köçürülən ailələrin sayı isə 100-ə (385 nəfər) çatacaq.