Ağdaşda 8 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu əsaslı təmir olunacaq - SƏRƏNCAM

Daxili siyasət
  • 19 fevral, 2025
  • 12:42
Ağdaşda 8 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu əsaslı təmir olunacaq - SƏRƏNCAM
İlham Əliyev

Ağdaş rayonunun Davudlu–Binələr–Güvəkənd–Əmirarx–Qaradeyin–Eymur–Ərəbşəki–Ağcaqovaq avtomobil yolu əsaslı təmir olunacaq.

"Report"un məlumatına görə, bununla Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamla 9 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən yolun təmiri üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 1,5 milyon manat ayrılacaq.