Ağdamın Xıdırlı kəndinə daha 24 ailə köçürülüb - YENİLƏNİB
- 31 oktyabr, 2025
- 11:59
Ağdam rayonunun Xıdırlı kəndinə yola salınan növbəti köç karvanı kəndə çatıb.
"Report" xəbər verir ki, sakinlərin qarşılanma mərasimi keçirilib.
Bu mərhələdə kəndə 24 ailə (124 nəfər) köçürülüb.
Gülər Seymurqızı
İşğaldan azad edilmiş ərazilərə növbəti köç karvanı yola salınıb.
"Report" xəbər verir ki, bu mərhələdə Ağdam rayonunun Xıdırlı kəndində məskunlaşacaq keçmiş məcburi köçkünlər - 24 ailə (124 nəfər) paytaxtdan yola düşüblər.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
