Növbəti köç karvanı Xıdırlı kəndinə çatıb, açarlar təqdim edilib – YENİLƏNİB-2

Daxili siyasət
  • 28 noyabr, 2025
  • 13:27
Növbəti köç karvanı Xıdırlı kəndinə çatıb, açarlar təqdim edilib – YENİLƏNİB-2

Ağdam rayonuna yola salınan növbəti köç karvanı Xıdırlı kəndinə çatıb, sakinlərə mənzillərin açarları təqdim olunub.

"Report"un Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.

Bu köçlə Xıdırlı kəndinə qayıdan ailələrin sayı 568-ə (2 min 243 nəfər) çatıb.

Ağdam rayonuna yola salınan növbəti köç karvanı Xıdırlı kəndinə çatıb.

"Report"un Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, bu mərhələdə kəndə 13 ailə (48 nəfər) köçürülüb.

Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə kəndə 13 ailə (48 nəfər) köçürülür.

Kəndə köç edənlər ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, bu köçlə Xıdırlı kəndinə qayıdan ailələrin sayı 568-ə (2 min 243 nəfər) çatacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti