Ağalıda 13 gənc ilk dəfə səsvermə hüququndan istifadə edəcək

Daxili siyasət
  • 27 avqust, 2024
  • 09:42
Ağalıda 13 gənc ilk dəfə səsvermə hüququndan istifadə edəcək

Zəngilan rayonunun Ağalı kəndində yerləşən seçki məntəqəsi Dairə Seçki Komissiyası tərəfindən bütün ləvazimatlarla təmin olunub.

Bunu "Report"un Qarabağa ezam olunan müxbirinə 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 33 saylı seçki məntəqəsinin sədri Allahverdi Nəcəfov deyib.

O bildirib ki, məntəqələri Ağalı kəndində yerləşir:

"Arıtq bütün seçicilərə bildirişlər paylanılıb. Məntəqə olaraq seçkiyə tam hazırıq. Seçki məntəqəsində ilk dəfə səsvermə hüququna malik olan 13 nəfər var. Həmçinin 94 yaşında olan 2 nəfər ən yaşlı seçicimiz də mövcuddur”.

Foto: Vüqar Xanlarov