20 Yanvar şəhidlərinin xatirəsi Qubada anılıb
Daxili siyasət
- 20 yanvar, 2021
- 15:36
Yanvarın 20-də ölkəmizin bütün bölgələrində olduğu kimi, Quba rayonunda da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb.
“Report”un Şimal bürosunun verdiyi məlumata görə, anım mərasimində Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, din xadimləri və digər ziyarətçilər şəhər qəbiristanlığında 20 Yanvar şəhidi Rahib Məmməd oğlu Hüseynovun və Vətənimizin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olanların məzarını ziyarət ediblər.
Mərasim iştirakçıları məzarların önünə gül-çiçək dəstələri düzərək Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə ehtiramlarını ifadə ediblər.
Saat 12:00-da ölkəmizin hər yerində olduğu kimi, Quba rayonunda da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
20 Yanvar şəhidlərinin xatirəsi Qubada anılıb
Son xəbərlər
12:46
Azərbaycanda 52 qeyri-yaşayış binasında enerji idarəçisi təyin edilib
Energetika12:34
Azərbaycanda ilk dəfə limfedemaya qarşı nadir mikrocərrahi əməliyyat icra edilib
Sağlamlıq12:33
Rolanda Prays: "Qarabağ Azərbaycanın əsas turizm investisiyası istiqamətlərindən birinə çevrilə bilər" - EKSKLÜZİV
Turizm12:31
ƏƏSMN: Sosial layihə üzrə daha 40-dək mənzil satılıb
Sosial müdafiə12:30
Dünya Bankı: "Azərbaycanda turizmin böyük investisiya imkanları mövcuddur" - EKSKLÜZİV
Turizm12:27
Sabah 37 dərəcə isti olacaq
Ekologiya12:24
Foto
Mikayıl Cabbarov: "Azərbaycan qlobal maliyyə sisteminin etibarlılığını dəstəkləyən təşəbbüslərə sadiqdir"
Biznes12:16
Sabunçuda 48 kiloqram narkotik aşkarlanıb
Hadisə12:06