112 saylı Qax seçki dairəsində 1182 nəfər ilk dəfə səs verəcək - VİDEO

Daxili siyasət
  • 23 dekabr, 2019
  • 06:17
112 saylı Qax seçki dairəsində 1182 nəfər ilk dəfə səs verəcək - VİDEO

Şimal-qərb bölgəsində bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə davam edir.

"Report"un Şimal-Qərb bürosunun məlumatına görə, 112 saylı Qax Seçki Dairəsi üzrə 58 seçki məntəqəsi var. Seçki dairəsi üzrə seçici sayı 42 734 nəfərdir.

Onlardan 1182 nəfəri ilk dəfə səs verənlərdir. Dairə üzrə ən yaşlı seçicilərin sayı isə 2 nəfərdir. Onların hər birinin 98 yaşı var. Məntəqələrdə ümumilikdə 8 veb-kamera quraşdırılıb. Veb-kameraların 4-ü şəhərdə, 4-ü isə kəndlərdə quraşdırılıb.

112 saylı Qax Seçki dairəsinin 2 saylı məntəqəsində artıq 80 nəfər səs vermə hüququndan istifadə edib. 

Səsvermə davam edir.

112 saylı Qax seçki dairəsində 1182 nəfər ilk dəfə səs verəcək - VİDEO

44 - Tezliklə