Yalçın Rəfiyev: Azərbaycan COP29 təcrübəsini dünya ölkələri ilə bölüşməyə hazırdır
- 29 sentyabr, 2025
- 10:21

Azərbaycan COP29 təcrübəsini dünya ölkələri ilə bölüşməyə hazırdır.
"Report" xəbər verir ki, bunu COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) çıxışı zamanı deyib.
Onun sözlərinə görə, COP29 ən uğurlu COP-lardan biri olub:
"Çünki 70 mindən çox iştirakçı, yüksək səviyyəli rəsmilərin iştirakı və nəticələr bunu deməyə əsas verir. Qərarlar verilir, lakin icra önəmlidir. Biz inanırıq ki, COP29-da öhdəlik götürən ölkələr öz vədlərini yerinə yetirəcək".
Y.Rəfiyev bildirib ki, COP29 irsinin davam etməsi müsbət nəticədir:
"Azərbaycan Xarici İşlər Nazirliyi olaraq, təcrübəmizi ölkələrlə bölüşməyə hazırıq".
Baş danışıqçı vurğulayıb ki, Azərbaycan növbəti COP-un Braziliyada keçirilməsi üçün təcrübələrini bu ölkə ilə bölüşür:
"Biz qardaş Türkiyənin COP31-ə ev sahiblik etməsini də dəstəkləyirik".