Vüqar Kərimov: Rəqəmsal proqnoz modelləri iqlim dəyişikliyi ilə bağlı tədbirlərə imkan verəcək

COP29
  • 30 sentyabr, 2025
  • 17:28
Vüqar Kərimov: Rəqəmsal proqnoz modelləri iqlim dəyişikliyi ilə bağlı tədbirlərə imkan verəcək

Rəqəmsal proqnoz modelləri iqlim dəyişikliyi ilə mübarizədə, eyni zamanda "yaşıl iqtisadiyyat"a keçid dövründə dövlət üçün optimal tədbirlər görməyə imkan yaradacaq.

"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) ikinci günündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanın 2030-cu ilədək milli priotetləri sırasında "yaşıl iqtisadiyyat"a keçid və bu yolda rəqəmsal həllər yer alır:

"Azərbaycan COP29 çərçivəsində də yaşıl rəqəmsal təşəbbüsünü irəli sürüb. Rəqəmsal texnologiya dataların toplanması və iqlim dəyişikliyi ilə bağlı tədbirlərdə məlumatlara operativ çatımlılığı təmin edir. Rəqəmsal həllər bərpaolunan enerji mənbələrindən istifadə daha səmərəlidir".

Nazir müavini bildirib ki, təbii fəlakətlərə qarşı erkən xəbərdarlıqlar sisteminin tətbiqi baş verə biləcək ziyanı azaltmağa yönəlib.

Vüqar Kərimov bu səbəbdən rəqəmsal proqnozların vacibliyinə diqqət çəkib.

Son xəbərlər

Bütün Xəbər Lenti