UNFCCC COP29-da iqlim razılaşmalarının əldə olunmasında Azərbaycanın rolu yüksək qiymətləndirib

COP29
  • 09 sentyabr, 2026
  • 13:02
UNFCCC COP29-da iqlim razılaşmalarının əldə olunmasında Azərbaycanın rolu yüksək qiymətləndirib

Azərbaycanın COP29-a sədrliyi iqlim sahəsində mühüm razılaşmaların əldə olunmasına kömək edib.

"Report" xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Proqramların əlaqələndirilməsi üzrə baş direktoru Daniele Violetti bildirib.

Onun sözlərinə görə, Azərbaycanın sədrliyi altında COP29-da iqlim maliyyələşdirilməsi sahəsində yeni kollektiv kəmiyyət hədəfini işləyib hazırlamaq, eləcə də Paris Sazişinin 6-cı maddəsi çərçivəsində beynəlxalq karbon bazarlarının fəaliyyətinə dair qaydaları yekun olaraq təsdiqləmək mümkün olub.

"Bunun sayəsində tərəflər paralel olaraq inkişaf etməkdə olan dövlətlər üçün əlavə maliyyə resursları cəlb edərək, öz iqlim vəzifələrini daha səmərəli şəkildə həyata keçirə biləcəklər", - D.Violetti qeyd edib.

O vurğulayıb ki, Bakıda əldə olunmuş razılaşmalar qlobal iqlim gündəliyinin gələcək inkişafında və iqlim öhdəliklərinin praktikada reallaşdırılmasında mühüm rol oynayır.

44 - Tezliklə