Türkiyə, Azərbaycan və Braziliya COP31-ə hazırlığı müzakirə ediblər

COP29
  • 11 fevral, 2026
  • 17:22
Türkiyə, Azərbaycan və Braziliya COP31-ə hazırlığı müzakirə ediblər

2026-cı ildə Türkiyədə keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) hazırlıqlar çərçivəsində Azərbaycan, Braziliya və Türkiyə sədrliyə dair təcrübələrini birləşdirir.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin ekologiya, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum "X" hesabında yazıb.

O, bu çərçivədə Azərbaycan xarici işlər nazirinin müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil və COP30-un sədri Andre Korrea du Laqo ilə görüşdüyünü bildirib.

"COP31-ə hazırlıqları ətraflı müzakirə etdiyimiz görüşdə sədrliyin koordinasiyasını gücləndirmək, prosesləri uzlaşdırmaq və konkret nəticələrə yönəlmiş iş çərçivəsi formalaşdırdıq. Adaptasiya və maliyyə kimi bütün əsas istiqamətləri nəzərə alaraq fəaliyyət gündəliyi ilə paralel şəkildə çalışırıq", - nazir qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti