Nazir: Azərbaycanda "yaşıl iqtisadiyyat"a keçidə görə kadrların hazırlanması üçün işlər aparılır

COP29
  • 30 sentyabr, 2025
  • 14:33
Nazir: Azərbaycanda yaşıl iqtisadiyyata keçidə görə kadrların hazırlanması üçün işlər aparılır
Anar Əliyev

Azərbaycanda "yaşıl iqtisadiyyat"a keçidə görə kadrların hazırlanması üçün işlər aparılır.

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) ikinci günündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan beynəlxalq müstəvidə inkişaf etməklə bərabər həm də əhalinin sosial rifahı üçün tədbirlər görür:

"Azərbaycanda indiyədək 5 sosial paket həyata keçirilib. Son illər ölkədə rəqəmsal transformasiya həyata keçirilir. Vətəndaşlar sosial sahədə bütün fərdi məlumatları asanlıqla izləyə bilir. Əmək müqavilələrinin elektronlaşdırılması hazırda prioritetlərdəndir".

Nazir bildirib ki, "yaşıl iqtisadiyyat"a keçid sadəcə texnologiya ilə məhdudlaşmır:

"Yaşıl iqtisadiyyat" həm də əmək bazarına təsir göstərir. Ölkədə son illər məşğulluq proqramları genişləndirilir".

A.Əliyev vurğulayıb ki, ölkədə "yaşıl iqtisadiyyat"a keçid üçün əmək bazarında kadrların hazırlanması məqsədilə müxtəlif təlimlər keçirilir:

"Həmçinin, "Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində "Yaşıl peşələr" üzrə bir çox peşə və kvalifikasiya standartlarının hazırlanması, eləcə də həmin bacarıqlar üzrə peşə hazırlığının təşkili (Robotlar və robototexniki sistemlər, süni intellekt, dron texnologiyaları və s. sahələr üzrə mütəxəssislər) istiqamətində tədbirlər həyata keçiriləcək".

Son xəbərlər

Bütün Xəbər Lenti