Kuk adalarının Baş naziri: İqlim dəyişikliyi ilə mübarizəyə maliyyə vəsaitlərinin ayrılması qeyri-mütənasibdir

COP29
  • 13 noyabr, 2024
  • 10:07
Kuk adalarının Baş naziri: İqlim dəyişikliyi ilə mübarizəyə maliyyə vəsaitlərinin ayrılması qeyri-mütənasibdir
Mark Braun

İqlim dəyişikliyi ilə mübarizəyə maliyyə vəsaitlərinin ayrılması qeyri-mütənasibdir.

“Report” xəbər verir ki, bunu Kuk adalarının Baş naziri Mark Braun noyabrın 13-də Bakıda COP29 çərçivəsində keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, indiki halda maliyyə vəsaitlərinin ayrılması vacib əhəmiyyət daşıyır:

"Artıq Zərər və İtki Fondu fəaliyyətə başlamalı və bu da genişmiqyaslı olmalıdır".

Mark Braun həmçinin Kuk adalarının Bakıda keçirilən COP29-un əhəmiyyətini yüksək qiymətləndirdiklərini bildirib.