Hadrutlu gənc: Atamın illərlə cənnət adlandırdığı torpaqlarda olduğum üçün çox xoşbəxtəm
- 16 sentyabr, 2025
- 04:54

İllərlə atamın cənnət adlandırdığı torpaqlarda olduğum üçün çox xoşbəxtəm.
Bunu "Report"un Qərb bürosuna açıqlamasında Hadrut qəsəbə sakini Zoya Mustafazadə deyib.
"Atam Hadrutla bağlı xatirələrini bizimlə paylaşanda hər zaman buranın cənnət olduğunu təsəvvür edirdim. Artıq mən xəyallarımda canlandırdığım bu cənnətdə - ata torpağımda yaşayıram. Ali məktəbdə tarix müəllimi ixtisası üzrə təhsil almışam. İstəyirəm ki, bu qəsəbənin şagirdlərinə torpaqlarımızın işğaldan azad edilərək əldə olunan zəfərimizin tarixini öyrədim.
Bizim bu gün Hadrutda olmağımıza səbəbkarı cənab prezidentimizə Hadrutdan olan bir gənc kimi təşəkkür edirəm. Çox xoşbəxtəm ki, hazırda ailəmlə birgə illərdir, arzusunda olduğumuz torpaqda yaşayırıq.
Vətən üçün canlarından keçən bütün şəhidlərimizə isə Allahdan rəhmət diləyirəm", - deyə Z. Mustafazadə bildirib.