"Zəyəm Texnologiyalar Parkı"nın səhmdarlarının yığıncağı keçiriləcək
- 29 aprel, 2026
- 09:47
Yeniliklərdən dərhal xəbərdar olun!
İyunun 25-də, saat 11:00-da "Zəyəm Texnologiyalar Parkı" ASC-nin (ZTP) səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, yığıncaq ZTP-nin yerləşdiyi Şəmkir rayonu, Zəyəm qəsəbəsi, Səməd Vurğun küçəsi, 24 ünvanında olacaq.
Yığıncağın gündəliyinə səhmdar cəmiyyətinin 2025-ci il üzrə maliyyə hesabatının təsdiq edilməsi və digər məsələlər daxildir.
ZTP 1962-ci ildən fəaliyyət göstərən "Bakı avtomobil ehtiyat hissələri" zavodunun filialının bazasında 2002-ci ildə, "Zəyəmkəndmaş" adı ilə yaradılıb, 2014-cü ildə onun adı indikinə dəyişdirilib. Şirkətin nizamnamə kapitalı 18,305 milyon manatdır. Onun səhmlərinin 97,29 %-i "AzMade Group" MMC-yə, 2,71 %-i isə 168 fiziki şəxsə məxsusdur. Park ölkə ərazisində sənaye zavodlarının tikintisi və quraşdırılması fəaliyyəti ilə də məşğuldur.