Yusif Abdullayev: "Özbəkistanla 10-dan çox layihə üzərində iş aparırıq"

Biznes
  • 21 may, 2024
  • 08:50
Yusif Abdullayev: Özbəkistanla 10-dan çox layihə üzərində iş aparırıq

Azərbaycan Özbəkistanda сem istehsalı zavodunu inşa edir.

“Report” xəbər verir ki, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Qubada keçirilən II Azərbaycan-Özbəkistan regionlararası forumunda deyib.

"Azərbaycan şirkətləri Özbəkistana investisiya edirlər. Bura 5 ulduzlu hotelin tikintisi və сеm istehsalı üzrə zavodun tikintisi daxildir. Hazırda biz Özbəkistanla 10-dan çox layihə üzərində iş aparırıq", - deyə Y. Abdullayev qeyd edib.