“Yunayted Kredit Bank”ın əmlakı hərraca çıxarılır

Biznes
  • 04 mart, 2024
  • 06:56
“Yunayted Kredit Bank”ın əmlakı hərraca çıxarılır

Martın 19-da "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Yunayted Kredit Bank” ASC-nin daşınmaz əmlakının satışı üzrə açıq hərraclar keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Bankın ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb.

Söhbət Masallı şəhəri, 20 Yanvar küçəsindəki dəyəri 800 min manat olan 5 951,7 kv.metrlik qeyri-yaşayış sahəsindən gedir.

44 filmi