Mikayıl Cabbarov "Yüksəliş" müsabiqəsinin 5-ci mövsümündə fəal iştiraka dəvət edir
- 14 mart, 2025
- 11:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda intellektual səviyyəsi və idarəetmə bacarığı ilə seçilən istedadların peşəkar inkişafını dəstəkləyən "Yüksəliş" müsabiqəsinin 5-ci mövsümü start götürüb.
"Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
O qeyd edib ki, bu platforma hər bir iştirakçıya qabaqcıl səriştələr qazanmaq və yeni karyera hədəflərinə doğru addımlamaq fürsəti təqdim edir.
“Hər birinizi "Yüksəliş" müsabiqəsində fəal iştiraka dəvət edir və uğurlar arzulayırıq”, - deyə nazir bildirib.
Ölkəmizdə intellektual səviyyəsi və idarəetmə bacarığı ilə seçilən istedadların peşəkar inkişafını dəstəkləyən "Yüksəliş" (@yukselish_az) müsabiqəsinin 5-ci mövsümü start götürüb.
— Mikayil Jabbarov (@MikayilJabbarov) March 14, 2025
Bu platforma hər bir iştirakçıya qabaqcıl səriştələr qazanmaq və yeni karyera hədəflərinə doğru… pic.twitter.com/ml11mRMJi2