Vüsal Qasımlı: “Azərbaycanda ÜDM-nin 1 % artması, türk dövlətləri ilə əlaqələri 1,02 % gücləndirir”

Biznes
  • 24 dekabr, 2022
  • 08:16
Vüsal Qasımlı: “Azərbaycanda ÜDM-nin 1 % artması, türk dövlətləri ilə əlaqələri 1,02 % gücləndirir”
Vüsal Qasımlı

Aparılan hesablamalara görə, Azərbaycanın Ümumi Daxili Məhsulu hər 1 % artanda, onun türk dövlətləri ilə əlaqələri 1,02 % güclənir.

“Report”un xəbərinə görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı, Mərkəzin tərəfdaşlığı ilə Bakıda keçirilən “Böyük Qayıdış: İlham Əliyev siyasətinin təntənəsi” adlı konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycan türk dövlətlərini birləşdirən əsas ölkələrdəndir: "Əgər türk dövlətlərində ÜDM 1% artarsa, bu ölkələrin Azərbaycanla dövriyyəsini 1,12 % gücləndirir. Çox təqdirəlayiq haldır ki, bizim eyni dildə danışmağımız ticarətdə iqtisadi faktorlardan daha çox, yəni ticarət əlaqələrimizin inkişafına 2,71 % təsir göstərir”.

44 filmi