“Unibank”ın “Akkord”a qarşı məhkəmə iddiasına xitam verilib

Biznes
  • 10 may, 2018
  • 07:24
“Unibank”ın “Akkord”a qarşı məhkəmə iddiasına xitam verilib
Report

Bakı. 10 may. REPORT.AZ/ "Unibank" və “Akkord Sənaye Tikinti Korporasiyası” ASC-lər arasında məhkəmə çəkişməsi başa çatıb. 

"Report"un əldə etdiyi məlumata görə, Bank Korporasiyaya qarşı iddiasından tam imtina edib. 

Son nəticədə Bakı Apellyasiya Məhkəməsi məhkəmə icraatına xitam verib.

Xatırladaq ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən "Unibank" "Akkord"dan ona olan borcunu ödəməyi tələb edirdi.