Ukraynanın ötən ay ixrac etdiyi şəkərin 10%-ni Azərbaycan alıb

Biznes
  • 17 sentyabr, 2018
  • 11:22
Ukraynanın ötən ay ixrac etdiyi şəkərin 10%-ni Azərbaycan alıb

Bakı. 17 sentyabr. REPORT.AZ/ Bu ilin avqust ayında Ukraynanın şəkər ixracı iyul ayı ilə müqayisədə 39% azalaraq  22,4 min tona düşüb. 

Report" xəbər verir ki, bu barədə Ukraynanın Şəkər İstehsalçıları Birliyi məlumat yayıb.

Məlumatda deyilir ki, ötən ay Ukraynanın ixrac etdiyi şəkərin 79%-ni Özbəkistan, 10%-ni Azərbaycan, 5%-ni Moldova, qalan 5%-ni isə digər ölkələr alıb.