Ukraynadan Azərbaycana xurma tədarükünə başlanılıb
- 19 noyabr, 2022
- 13:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan xaricə 30,62 milyon ABŞ dolları dəyərində 40 min 296 ton xurma göndərilib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 10 %, kəmiyyət olaraq – 11,1 % azdır.
Azərbaycan Rusiyaya 29,514 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 10 % azdır) 35 min 941 ton (-10,9 %), Ukraynaya 952,2 min ABŞ dolları dəyərində (-23,2 %) 3 min 942 ton (-17,2 %), Qazaxıstana 77,18 min ABŞ dolları dəyərində (+2 dəfə) 226,11 ton (+92 %) və Belarusa 71,39 min ABŞ dolları dəyərində 186,15 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satılıb.
Hesabat dövründə Azərbaycana xaricdə (ancaq Ukraynadan) 4,2 min ABŞ dolları dəyərində (+28 %) 16,8 ton (-84 %) xurma idxal edib.
Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Ukraynadan Azərbaycana xurma tədarük olunub.