Üç ölkədən Azərbaycana skumbriya balığının tədarükü kəskin artıb

Biznes
  • 04 yanvar, 2023
  • 10:02
Üç ölkədən Azərbaycana skumbriya balığının tədarükü kəskin artıb

2022-ci ilin ilk 10 ayı ərzində Azərbaycana 2,662 milyon ABŞ dolları dəyərində 1 min 499 ton skumbriya (dondurulmuş) balığı idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 21 %, kəmiyyət olaraq – 21,4 % azdır.

Hesabat dövründə İslandiyadan 1,249 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 51 % azdır) 756,49 ton (-48,5 %), Rusiyadan 305 min ABŞ dolları dəyərində (+66 %) 190,2 ton (+2,1 dəfə), Norveçdən 394,35 min ABŞ dolları dəyərində (+95 %) 216,1 ton (+89 %), Böyük Britaniyadan 293,82 min ABŞ dolları dəyərində 123,33 ton (1 il 7 aydan sonra tədarük bərpa edilib), Farer adalarından 168,64 min ABŞ dolları dəyərində (+3,4 dəfə) 76 ton (+2,9 dəfə) məhsul gətirilib.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın xaricdən (7 ölkədən) aldığı 3 min 115 ton skumbriya balığının 82 %-i İslandiyanın payına düşüb.