Türkiyənin şokolad markası Qubada fabrik açıb

Biznes
  • 11 oktyabr, 2023
  • 09:57
Türkiyənin şokolad markası Qubada fabrik açıb

Türkiyənin şokolad istehsalı ilə məşğul olan “Rayess” şirkəti Quba rayonunda fabrik açıb.

Bunu “Report”a açıqlamasında "Azərbaycan Françayzinq Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Camid Mövsümov bildirib.

Onun sözlərinə görə, şirkət Azərbaycanda istehsal müəssisəsi yaratmaq üçün ümumilikdə 10 milyon ABŞ dolları investisiya qoymağı planlaşdırır: "Bu məbləğin 500 min ABŞ dolları artıq qoyulub. Növbəti mərhələdə isə daha 500 min ABŞ dolları yatırılacaq. Tədricən isə bu məbləğ 10 milyon ABŞ dolları olacaq. Çünki planda istehsalla yanaşı, həm də ixrac üçün brend yaradılmasıdır".

44 - Tezliklə