Türkiyənin “Koç Holdinq”inin xalis mənfəəti 2 dəfədən çox artıb
- 06 noyabr, 2020
- 07:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin III rübündə Türkiyənin “Koç Holdinq”i 2,31 milyard lirə (təxminən 273 milyon ABŞ dolları) xalis mənfəət əldə edib.
"Report" türk mətbuatına istinadən xəbər verir ki, bu, II rüblə müqayisədə 2,4 dəfə, ötən ilin eyni dövrünə nisbətən isə 2,1 dəfə çoxdur.
Son 1 ildə holdinqin satışdan gəlirləri 31% artaraq 51,8 milyard lirəyə çatıb, birləşdirilmiş əməliyyat mənfəəti isə dəyişməyərək 14,2 milyard lirə qalıb.
Hesabat dövründə biznes strukturu davamlı istehlak sektorunda 55%, avtomobil sektorunda isə 32% artıma nail olub.
Xatırladaq ki, "Koç Holdinq" Azərbaycanda da fəaliyyət göstərir. 1998-ci ildə Azərbaycan bazarına daxil olmuş və 2017-ci ilə qədər "Koçbank Azərbaycan" adı ilə fəaliyyət göstərən "Yapı Kredi Bank Azərbaycan" QSC sözügedən holdinqə məxsusdur.