Türkiyənin Azərbaycana ixracı 6 %-dək artıb
- 04 noyabr, 2022
- 10:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 1 milyard 767,675 milyon ABŞ dollarlıq əmtəə və xidmət idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 5,7 % çoxdur.
Oktyabr ayında isə Türkiyənin Azərbaycana ixracının dəyəri 179,21 milyon ABŞ dolları təşkil edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 3,3 % çoxdur.
Son 1 ildə qonşu ölkənin ixracının dəyəri 12,8 % artaraq 187 milyard 166 milyon ABŞ dollara çatıb.
10 ay ərzində Türkiyədən ən çox ixrac 15 milyard 780 milyon ABŞ dolları olmaqla Almaniyaya (9,2 % çox), 11 milyard 999 milyon ABŞ dolları olmaqla ABŞ-a (16,2 % çox) və 10 milyard 286 milyon ABŞ dolları olmaqla Böyük Britaniyaya (1,9 % az) həyata keçirilib.