Türkiyədə Azərbaycan kapitallı şirkətlərin sayı 48 % artıb

Biznes
  • 20 yanvar, 2023
  • 09:25
Türkiyədə Azərbaycan kapitallı şirkətlərin sayı 48 % artıb

2022-ci ildə Azərbaycan vətəndaşları Türkiyədə 350 şirkət yaradıblar ki, bu da, 2021-ci illə müqayisədə 47,7 % çoxdur.

“Report” bu barədə Türkiyə Odalar və Birjalar Birliyinə (TOBB) istinadən xəbər verir.

Məlumata görə, ötən il yaradılan şirkətlərin 56-sı (illik müqayisədə 24,4 % çox) səhmdar cəmiyyət, 294-ü isə (53,1 %) məhdud məsuliyyətli cəmiyyət formasındadır.

Hesabat dövründə yaradılan şirkətlərin ümumi kapitalı 215,26 milyon türk lirəsi (11,447 milyon ABŞ dolları; 2021-ci ilə nisbətən 2,8 dəfə çox) olub ki, bunun da, 76,4 %-i və ya 164,565 milyon türk lirəsi (8,752 milyon ABŞ dolları; 2,6 dəfə çox) Azərbaycanın payına düşüb.

Təkcə ötən ilin dekabr ayında isə Azərbaycan vətəndaşları Türkiyədə 29 şirkət (2021-ci illə müqayisədə 38,1 % çox) yaradıb. Şirkətlərin 7-si səhmdar cəmiyyət (75 % çox), 22-si MMC (29,4 % çox) olub. Ümumi kapitalı 29,6 milyon türk lirəsi (1,574 milyon ABŞ dolları; 8,5 dəfə çox) olan ortaq şirkətlərin 98,3 %-i və ya 29,1 milyon türk lirəsi (1,548 milyon ABŞ dolları; 8,8 dəfə çox) dəyərində hissəsi Azərbaycana məxsus olub.

44 filmi