Türkiyə üçün yardım toplama məntəqələrinin sayının artırılması təklif olunur
- 08 fevral, 2023
- 09:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda Türkiyə üçün yardım toplama məntəqələrinin sayının artırılmasına ehtiyac yarana bilər.
"Report" xəbər verir ki, bunu Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə Azərbaycanın dövlət və özəl qurumlarının dəstəyi ilə yaradılmış "Qardaş köməyi" dəstək platformasının rəhbəri Rəşad Cabirli bu platformanın təqdimat mərasimində deyib.
O qeyd edib ki, platformanın ilkin məqsədi insanları Türkiyə dövləti tərəfindən çevik maddi yardım edilməsi məqsədi ilə açılan yardım hesablarına yönləndirməkdir:
"Yardım etmək istəyən vətəndaşlar "Qardaş köməyi" platformasının 4 yardım toplama məntəqəsinə yaxınlaşa və ya "qardaskomeyi.org" veb səhifəsi üzərindən yeniliklərlə bağlı məlumatları təqib edə bilərlər".
Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ nəticəsində ölənlərin sayı 6 957 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 38 224 nəfər yaralanıb.