Türkiyə Azərbaycana günəbaxan yağı ixracını kəskin artırıb

Biznes
  • 02 avqust, 2022
  • 08:49
Türkiyə Azərbaycana günəbaxan yağı ixracını kəskin artırıb

2022-ci ilin yanvar-may aylarında Azərbaycan xaricdən 26,704 milyon ABŞ dolları dəyərində 17 min 399 ton günəbaxan yağı alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 19,8 %, kəmiyyət olaraq – 32,7 % azdır.

Rusiyadan 25,959 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 20,6 % azalıb) 17 min 042 ton (-33,2 %), Türkiyədən 566,44 min ABŞ dolları dəyərində (+3,7 %) 262,7 ton (-15,7 %), Ukraynadan 139,84 min ABŞ dolları dəyərində (+30,2 dəfə) 77,15 ton (+32 dəfə), İtaliyadan 30,99 min ABŞ dolları dəyərində (+24 %) 13,12 ton (+8,3 %), Belarusdan 6,07 min ABŞ dolları dəyərində (+38,6 %) 2,8 ton (+19,1 %) məhsul gətirilib.

Qeyd edək ki, əvvəlki iki ayda olduğu kimi mayda da Ukraynadan tədarük olmayıb. Həmin ayda Azərbaycan günəbaxan yağını əsasən Rusiyadan və Türkiyədən idxal edib. Bu ölkələrdən tədarükün həcmi mayda öncəki 4 ayın göstəricilərinə nisbətən müvafiq olaraq 3,9 % və 65 % artıb.

Hesabat dövründə Azərbaycan xaricə 4,968 milyon ABŞ dolları dəyərində 2 min 543 ton günəbaxan yağı satıb ki, bu da ötən ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə müvafiq olaraq 5,6 % çoxdur və 19,6 % azdır.

İraqa 2,739 milyon ABŞ dolları dəyərində (-2,1 %) 1 min 407 ton (-26,6 %), Gürcüstana 2,061 milyon ABŞ dolları dəyərində (+11,2 %) 1 min 035 ton (-12,7 %), Türkmənistana 167,25 min ABŞ dolları dəyərində 100,46 ton (bir il əvvəl tədarük olmayıb), Amerika Birləşmiş Ştatlarına 1,05 min ABŞ dolları dəyərində 0,55 ton (tədarük olmayıb) məhsul ixrac edilib.