“Türkcell” səhmdarlarına 840 mln. dollar dividend ödəyəcək
Biznes
- 25 may, 2017
- 10:19
Bakı. 25 may. REPORT.AZ/ Bu gün “Türkcell” şirkətinin ümumi iclası keçirilib.
“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, iclasda şirkətin ötənilki mənfəətindən 3 mlrd. türk lirəsi (təqribən 843 mln. ABŞ dolları) məbləğində dividendin səhmdarlara ödənilməsi barədə qərar qəbul edilib.
Ödənişlər 3 mərhələdə - iyunun 15-də, sentyabrın 15-də və dekabrın 15-də həyata keçiriləcək. Bununla bağlı xəbər yayıldıqdan sonra İstanbul birjasında (“Borsa İstanbul”) şirkətin səhmləri 0,59 lirə və yaxud 0,52% bahalaşaraq 12,02 lirəyə çatıb.
Xatırladaq ki, “Türkcell”in səhmlərinin 51%-i “Turkcell Holding”ə məxsusdur.
Son xəbərlər
02:21
Media: Ukrayna Rusiyadan hava atəşkəsi ilə bağlı cavab gözləyir
Digər ölkələr01:52
Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb
Hadisə01:30
"Real" La Liqanın cari mövsümündə ilk dəfə məğlub olub
Futbol01:18
Maka Boçorişvili ATƏT-in komissarı ilə Gürcüstanın milli azlıqlarla bağlı siyasətini müzakirə edib
Region00:55
Bu gün Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
Energetika00:32
Tramp: Uitkoff və Kuşner Ukrayna ilə müharibəyə son qoymaq üçün Rusiyaya səfər edirlər
Digər ölkələr00:00
Video
Şahbuzda yol-nəqliyyat hadisəsində xəsarət alanların vəziyyəti açıqlanıb – YENİLƏNİB
Hadisə23:52
Foto
Gürcüstanda Azərbaycan və Türkiyədən olan gənclərin iştirakı ilə beynəlxalq düşərgə keçirilib
Region23:07