Texniki və texnoloji, iqtisadiyyat və idarəetmə üzrə məzunların məşğulluq səviyyəsi açıqlanıb

Biznes
  • 02 mart, 2023
  • 07:13
Texniki və texnoloji, iqtisadiyyat və idarəetmə üzrə məzunların məşğulluq səviyyəsi açıqlanıb

Azərbaycanda 2022-ci ilin son rübünə olan məlumatlara əsasən, texniki və texnoloji, iqtisadiyyat və idarəetmə sahələri üzrə 2014-2020-ci illərdə məzun olan tələbələrin əmək bazarında məşğulluq səviyyəsi 70 % təşkil edir. 

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter"də bildirib.

"Nazirliyin apardığı təhlillər göstərir ki, həmin sahələr üzrə ixtisaslaşmış kadrlara əmək bazarında yüksək tələbat müşahidə olunur" - deyə o qeyd edib.