Təbriz-Bakı aviareysi ilə gələn sərnişinlərin baqajından dərman və siqaretlər aşkar edilib

Biznes
  • 14 sentyabr, 2026
  • 13:56
Təbriz-Bakı aviareysi ilə gələn sərnişinlərin baqajından dərman və siqaretlər aşkar edilib

Dvlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi kompleks əməliyyat və gömrük nəzarəti tədbirləri nəticəsində 3 fakt üzrə gömrük nəzarətindən gizlədilən dərman vasitələri və siqaretlər aşkar edilib.

"Report" Komitəyə istinadən xəbər verir ki, Təbriz-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşlarının baqajlarına stasionar rentgen qurğusunda baxış keçirilib və şübhəli təsvirlər müşahidə olunub.

Yoxlama zamanı hər üç vətəndaşa məxsus baqajlardan gömrük nəzarətindən gizlədilən dərman vasitələri - 12 440 ədəd həb, 4 066 ədəd kapsul, 162 ədəd və 41 qutu maye məhlul, 120 paket toz halında məhlul, 70 ədəd şam, 2 qutu iynə, 58 qutu və 613 ədəd maz, 1 qutu gel, həmçinin 4460 ədəd siqaret aşkar olunub.

Faktlarla bağlı araşdırma aparılır.

44 filmi