TDT: Türk dövlətlərində halal turizm və sənaye davamlı iqtisadi inkişaf üçün geniş imkanlar yaradır

Biznes
  • 08 oktyabr, 2025
  • 14:34
TDT: Türk dövlətlərində halal turizm və sənaye davamlı iqtisadi inkişaf üçün geniş imkanlar yaradır
Merei Mukajan

Türk dövlətlərində halal turizm və halal sənaye sektorunun inkişafı regional əməkdaşlıq, mədəni irsin qorunması və dayanıqlı iqtisadi artım üçün mühüm imkanlar yaradır.

"Report" xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibinin müavini Merei Mukajan Bakıda keçirilən II Azərbaycan Halal Biznes (AZHAB) Forumunun ikinci günündəki panel müzakirələrində bildirib.

Onun sözlərinə görə, bu imkanlar ortaq dəyərlər, kimlik və qarşılıqlı hörmət prinsipləri üzərində qurulub, davamlı inkişafı və mədəniyyətin qorunmasını təşviq edir.

"Halal turizm kiçik biznesləri dəstəkləyir, sənət və qonaqpərvərlik sahələrinin inkişafına təkan verir, həmçinin investisiyaları cəlb etməklə yerli iqtisadiyyatları gücləndirir", - deyə M. Mukajan qeyd edib.

Forum çərçivəsində keçirilən bugünkü sessiyanın mövzusu "Qafqaz və Mərkəzi Asiyada halal turizmin inkişafında tarixi irsin rolu" olub.

"Bu mövzu Türk dövlətləri üçün xüsusilə əhəmiyyətlidir. Torpaqlarımız misilsiz sivilizasiya irsinə ev sahibliyi edir - tarixi şəhərlər və abidələr İslam incəsənəti və memarlığının ən yaxşı ənənələrini əks etdirir. Halal turizm bu irsi qorumaq və onu dünyaya mənəvi zənginlik kimi təqdim etmək üçün unikal imkan yaradır", - deyə TDT rəsmisi vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti