“Suraxanı Avtomotoservis”in mənfəəti bölüşdürüləcək

Biznes
  • 05 aprel, 2017
  • 05:03
“Suraxanı Avtomotoservis”in mənfəəti bölüşdürüləcək

Bakı. 5 aprel. REPORT.AZ/ Mayın 15-də, saat 12:00-da “Suraxanı Avtomotoservis” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumatda deyilir ki, yığıncaq Bakı şəhəri, Suraxanı rayonu, E.Bəkirli küçəsi, 4041-ci məhəllədə olacaq.

Yığıncağın gündəliyinə müəssisənin 2016-cı ilin yekunları üzrə təftiş komissiyasının hesabatının dinlənilməsi, balans mənfəətinin bölüşdürülməsi, illik hesabatının təsdiqi, baş direktorun hesabatının dinlənilməsi, yeni baş direktorun seçilməsi məsələləri daxildir.

Xatırladaq ki, “Suraxanı Avtomotoservis”ASC 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 123 906 manatdır. 

44 - Tezliklə