"Sumqayıt Texnologiyalar Parkı" yenidən təşkil olunur

Biznes
  • 18 iyul, 2025
  • 11:11
Sumqayıt Texnologiyalar Parkı yenidən təşkil olunur

"Sumqayıt Texnologiyalar Parkı" MMC yenidən təşkil olunduğunu elan edib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, buna səbəb şirkətin tərkibindən ayrılma nəticəsində "Modern Technology Company" MMC-nin yaradılmasıdır.

Xatırladaq ki, "Sumqayıt Texnologiyalar Parkı" 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 094 104 346 manatdır.

44 filmi