“Sumqayıt Tekstil”in dövlətə məxsus payı özəlləşdirilib
Biznes
- 02 avqust, 2023
- 11:03
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Sumqayıt Tekstil” MMC-dəki dövlət payının satışı ilə bağlı elan etdiyi investisiya müsabiqəsinə yekun vurub.
"Report" quruma istinadən xəbər verir ki, müsabiqənin qalibi “Sumqayıt Texnologiyalar Parkı” MMC-dir.
Şirkət onunla imzalanmış alqı-satqı müqaviləsinə əsasən, dövlət büdcəsinə 5 milyon manat köçürməyə, yaxın 2 il ərzində müəssisəyə 9,1 milyon manat investisiya qoymağa dair öhdəliklər götürüb. İnvestisiya Proqramı çərçivəsində müasir avadanlıqların, nəqliyyat vasitələri və texnikanın, xammalın alınması, tikililərin təmiri və yenidən qurulması, infrastrukturun təkmilləşdirilməsi, 350 yeni iş yerinin yaradılması planlaşdırılır.
Son xəbərlər
12:47
Kamran Həbibov: "Orta Dəhlizin vahid rəqəmsal platforması yüklərin hərəkətini proqnozlaşdırmağa imkan verəcək"
İnfrastruktur12:46
Nazirlik rəsmisi: "Azərbaycanın aqrar sahədə süni intellekt təcrübəsi dünyada qabaqcıl nümunədir"
ASK12:45
PISA 2025: Baza səviyyəsinə çatmayan şagirdlərin payı kəskin azalıb
Elm və təhsil12:39
Foto
Bakıda və regionlarda ağacların üzərinə vurulmuş yüzlərlə reklam qurğusu sökülüb
Daxili siyasət12:33
Foto
İrandan Azərbaycana PUA ilə keçirilən narkotik qanunsuz dövriyyədən çıxarılıb
Hadisə12:30
Məcnun Məmmədov: "Rəqəmsal transformasiyanın yeni mərhələsinə keçirik"
ASK12:30
AFFA İntizam Komitəsi 4 klubu cərimələyib
Futbol12:29
Nazir: Oxuduğunu anlamamada ciddi pedaqoji problem var - ƏLAVƏ OLUNUB
Elm və təhsil12:25